Səfirlikdə Varşava İqtisadiyyat Məktəbinin Action Diplomacy layihəsi çərçivəsində görüş keçirilmişdir.
Varşava İqtisadiyyat Məktəbinin nəzdində fəaliyyət göstərən Xarici İşlər Klubu tərəfindən “Diplomatiya Fəaliyyəti” adlı silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində növbəti görüş cari ilin 30 mart tarixində Azərbaycan Respublikasının Polşadakı Səfirliyində Səfir Həsən Həsənovla keçirilmişdir.
Tələbə və şagirdlərdən ibarət klub iştirakçıları görüşdə Səfirə suallar ünvanlamışlar və Səfir ətraflı şəkildə onları cavablandırmışdır. Suallar Azərbaycan ilə Polşa arasında münasibətlər, Polşada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan polyaklar, Azərbaycanın turizm imkanları və digər mövzularda olmuşdur.
Sonda görüş iştirakçılarına Azərbaycan şirniyyat nümunələri və meyvə şirələri təqdim edilmişdir.
Azərbaycan Respublikasının
Polşa Respublikasındakı Səfirliyi
01.04.2019