Varşavada Əli və Nino bədii filminin nümayişi keçirilmişdir.
Azərbaycan Respublikasının Diplomatik Xidmətinin 100 illiyi ilə əlaqədar bu il ərzində Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən Varşavada Azərbaycan kinosu festivalı keçirilir. Kino festivalı zamanı aşağıdakı bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur:
1) “Əli və Nino” bədii filmi
2) “Cavad Xan” bədii filmi
3) “Polkovnik” sənədli filmi
4) “Əbədi Ezamiyyət” bədii-sənədli filmi
5) “Son İclas” bədii-sənədli filmi
Sözügedən Azərbaycan Kinosu Festivalı çərçivəsində ilk olaraq Qurban Səidin qələmə aldığı eyni adlı əsər əsasında ərsəyə gəlmiş Əli və Nino bədii filmi cari ilin 28 aprel tarixində Varşavanın Mədəniyyətin Təbliği Mərkəzində nümayiş etdirilmişdir.
Filmin nümayişinə giriş sərbəst olmuş və əsasən polyaklardan ibarət çoxlu sayda seyrçi, Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Bədii film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi
28 aprel 2019-cu il