2019-09-06

Polşa Prezidenti Kabinetinin rəhbərinə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim olunub

Polşa Respublikası Prezidenti Kabinetinin rəhbəri, dövlət katibi Kşıştof Şçerski Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamı ilə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Kşıştof Şçerski bu mükafata Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi töhfə verdiyi üçün layiq görülüb. Medalı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov təqdim edib.

Qeyd edək ki, 2015-ci ildə dövlət katibi təyin ediləndən bu günədək K.Şçerski Azərbaycan rəsmiləri ilə keçirilmiş müxtəlif səviyyəli görüşlər zamanı daim iki ölkənin ümumi maraqlarına xidmət edən qərar və razılaşmaların əldə edilməsində xüsusi rol oynayıb.

Arxiv üzrə axtarış