2019-11-03

Vrotslavda 3M şirkətində təşkil edilmiş Azərbaycan masası ilə bağlı.

Cari ilin 23-24 oktyabr tarixində Polşanın Vrotslav şəhərində yerləşən 3M şirkətində təşkil edilmiş Beynəlxalq Gün çərçivəsində Azərbaycanın Polşadakı Səfirliyinin dəstəyi ilə şirkətin əməkdaşı Adilə Mehdiyeva tərəfindən Azərbaycan masası təşkil edilmişdir.

Azərbaycan masasında Səfirlik tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı habelə Azərbaycana aid müxtəlif suvenirlər təqdim edilmişdir.

Azərbaycandan savayı Türkiyə, İspaniya, İtaliya, Hindistan, Ukrayna, İngiltərə və Macarıstana da aid masalar təşkil edilmişdir. Tədbirdə Vrotslavda yerləşən müxtəlif şirkətlərin əməkdaşları iştirak etmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

01 noyabr, 2019-cu il

 

Arxiv üzrə axtarış