2019-11-05

Vəli bəy Yadigarın xatirəsini yad edilmişdir

2019-cu ilin 30 oktyabr tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Həsənov, səfirliyin əməkdaşları və Polşadakı Azərbaycan diasporunun nümayəndələri Polşa Respublikasının qəhrəmanlıq tarixində böyük iz qoymuş, 1924-1944-cü illərdə Polşa ordusunda qulluq etmiş Azərbaycan əsilli polkovnik Vəli bəy Yadigarın xatirəsini yad etmişlər. 

Varşavadakı müsəlman məzarlığını ziyarət zamanı, səfir Həsən Həsənov Vəli bəy Yadigarın həyat və mübarizə yolu barədə iştirakçıları məlumatlandırmış və Vəli bəy Yadigarın qəbri üzərinə əklil qoyulmuşdur.

Arxiv üzrə axtarış