Varşavada “Azərbaycan: Qafqazın mirvarisi, əbədi məşəl ölkəsi” adlı təqdimat keçirilmişdir.
Cari ilin 4 noyabr tarixində Varşava şəhərində “Azərbaycan: Qafqazın mirvarisi, əbədi məşəl ölkəsi” adlı təqdimat keçirilmişdir. Təqdimat Azərbaycana turistik səfər etmiş Polşalı Barbara Juxovska tərəfindən Bemova Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur. Video prezentasiya şəklində olan təqdimatda Bakı, Qobustan, Şamaxı, İsmayıllı və Lahıc bölgələrində Azərbaycanın mədəniyyətini, mətbəxini və tarixi memarlığını əks etdirən foto və video materiallar təqdim edilmişdir. Tədbirə giriş sərbəst olmuş, Bemova Mədəniyyət Mərkəzinin ziyarət edən polyaklar, tələbələr və Polşada yaşayan azərbaycanlılar iştirak etmişlər.
Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı Səfirliyinin əməkdaşı Sadiq Babayev təqdimatdan sonra çıxış etmişdir. O, Polşalı səyyah Barbara Jukovskaya, təşkilatçılara və bütün iştirakçılara Səfirlik adından təşəkkürünü bildirmiş, hər kəsi gözəl diyar olan Azərbaycanı öz gözləri ilə görmək üçün Vətəninə dəvət etmişdir.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi
05 noyabr, 2019-cu il