Varşavada erməni təxribatının qarşısı alınmışdır.
Cari ilin 21 noyabr tarixində Varşava şəhərində ənənəvi TT Warsaw turizm sərgisinin açılışı keçirilmişdir.
Sözügedən sərgidə Ermənistan tərəfini təmsil edən Etnoarmenia turizm şirkəti təxribata cəhd göstərmişdir. Belə ki, sərgidə müstəqil stenddə deyil Local Host Georgia şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd etmişdir.
Bununla əlaqədar Səfirlik tərəfindən dərhal TT Warsaw sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilmiş, həmçinin Gürcüstanın Polşadakı Səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı Səfirliyinə məlumat verilmişdir.
TT Warsaw sərgisinin təşkilatçıları Azərbaycanın Polaşadakı Səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın Etnoarmenia şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə etmişlər. TT Warsaw sərgisinin təşkilatçıları tərəfindən Etnoarmenia şirkətinə şiddətli xəbərdarlıq edilmiş və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilmişdir.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi
22 noyabr, 2019-cu il