Polşadan Azərbaycana təxliyyə olunmaq niyyətində olan Polşada yaşayan Azərbaycan Vətəndaşlarının Diqqətinə!!!
Hörmətli həmvətənlər!
İndiki vaxta görə Polşadan Azərbaycana təxliyənin vaxtı barədə dəqiq məlumat mövcud deyil.
Eyni zamanda bildiririk ki, təxliyə baş tutacağı təqdirdə Səfirliyə təxliyyə ediləcək şəxs barədə aşağıdakı məlumatlar tələb olunacaqdır.
1) Pasportun surəti
2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti
3) Polşada yaşamağı təsdiq edən sənədin surəti
4) Telefon nömrəsi
5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s)
6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti.
7) Polşaya gəlmə tarixi
8) Yerləşdiyiniz şəhər
Xatırladırıq ki, Azərbaycana təxliyə olacağınız təqdirdə 15 gün müddətində karantin rejimində saxlanılacaqsınız.
Xüsusilə qeyd edilməlidir ki, təxliyə olacağı təqdirdə AZAL tərəfindən
ÖDƏNİŞLİ əsaslarla
həyat keçiriləcəkdir.
Əgər Azərbaycana ödənişli əsaslarla təxliyə edilmək niyyətindəsinizsə xahiş edirik yuxarıda qeyd edilmiş məlumatları tam şəkildə Səfirliyin
warsaw@mission.mfa.gov.az ünvanına
14 may saat 12:00-a qədər göndərəsiniz.
Hörmətlə,
Azərbaycan Respublikasının Polşa Respublikasındakı
Səfirliyi!