2020-05-15

Polşada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!!!Polşada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!!!Polşada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!!!

Qlobal pandemiya dövründə Polşa ərazisindəki Azərbaycan vətəndaşlarının etibarlılıq müddəti bitmiş və bitməkdə olan pasportlarının yenisi ilə əvəz edilməsində qarşılaşdıqları çətinlikləri nəzərə alaraq aşağıdakı məlumatları diqqətinizə çatdırmaq istərdik:
Polşa ərazisindəki Azərbaycan vətənadşlarının qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərinin hüquqi tənzimlənməsi üçün etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan ümumvətəndaş pasportlarının etibarlılıq müddəti 31 dekabr 2020-ci il tarixinədək uzadılmış hesab edilir.
Polşada pasportlarının etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşları Vətənə qayıtmaq istədikləri təqdirdə Səfirlik tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin olunacaqlar.
Hörmətlə,
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

Arxiv üzrə axtarış