Polşadan təxliyə üçün müraciət etmiş Azərbaycan vətəndaşlarının diqqətinə.
Varşavadan Bakıya AZAL vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuş reys barədə aşağıdakı məlumatlar diqqətinizə təqdim edilir:
1) AR XİN-dən daxil olmuş şifahi məlumata əsasən Varşava Bakı xətti üzrə xüsusi təxliyə reysinin 21.05.2020-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.
2) Uçuşun Varşavadan həyata keçirilməsi nəzərdə tutulur.
3) Satışa çıxarılan biletlərin məbləği 350 ABŞ dolları təşkil edəcəkdir.
4) Bilətlər xüsusi elektron linklər vasitəsi ilə satışa
çıxarılacaqdır. Elektron linklər fərdi qaydada elektron mail ünvanına göndəriləcəkdir.
5) Bilet almış hər sərnişin üçün 22 kq təhvil verilən yük və 8 kq-a qədər əl yükü nəzərdə tutulur. Təhvil verilən hər əlavə yükün dəyəri 50 ABŞ dolları təşkil edəcəkdir.
Hörmətlə,
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi!