2023-04-14
Azərbaycan Respublikası Səfər edən əcnəbilərin diqqətinə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2023-cü il tarixli, 93 nömrəli qərarına istinadən 2023-cü il 28 mart saat 06:00-dan etibarən:
- Hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişinə icazə verilir;
- “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında əks olunmuş vətəndaşlarına, burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı ilə Azərbaycan Respublikasına girişinə icazə verilən ölkələrin siyahısı ləğv edilir;
- Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir;
- Yük daşımları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə saxlanılır.