2023-12-21

Polşa Respublikası ərazisində daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzun müddətli xarici ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ

Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək məqsədilə 18 yaşını tamamlamış aktiv seçici hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının adı seçicilər siyahısına daxil edilməlidir. Polşada yaşayan bütün vətəndaşlarımızdan seçicilər siyahısında qeydiyyata alınmaları üçün aşağıda qeyd olunan məlumatları qeydiyyat_warsaw@mission.mfa.gov.az  elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Soyadı, adı, atasının adı -

Doğulduğu il, ay və gün -

Daimi və ya müvəqqəti yaşadığı və ya olduğu yerin ünvanı (küçə, binanın və mənzilin nömrəsi, evin nömrəsi, yaşayış yeri müvəqqəti məskunlaşma yeridirsə - xəstəxananın, sanatoriyanın, istirahət evinin və ya digər yerin ünvanı) -

Qeyd: Yaşayış yerinin ünvanı Azərbaycan dilinə uyğun yazılmalıdır (Misal olaraq: Polşa, Varşava şəhəri, Zvıçentsuv küçəsi, bina ..., mənzil....)

Diqqətinizə çatdırırıq ki, 26 dekabr 2023-cü il tarixinədək məlumatları həmin e-poçt ünvanına göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq.

Hörmətlə,

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi

 

Arxiv üzrə axtarış