2024-04-29

Elektron Növbə Portalı

Diqqət!

Göstərilən xidmət səviyyəsinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Elektron Növbə Portalı istifadəyə verilmişdir.

01.05.2024-cü il tarixindən etibarən Səfirliyin konsulluq şöbəsi yalnız həmin portal vasitəsilə daxil olan müraciətləri icraata qəbul edəcək.

Müraciətçilərdən  appointment.mfa.gov.az internet səhifəsinə daxil olaraq  Səfirliyin konsulluq şöbəsi tərəfindən göstərilən xidmətlər üzrə elektron növbə götürmələri xahiş olunur. 

Elektron Növbə Portalının istifadəsi ilə bağlı hər hansı xidmət haqqı nəzərdə tutulmur. 

QEYD:

  • Görüş xidmətə uyğun olaraq təmin edilməlidir;
  • Əgər bir neçə şəxs üçün müraciət olunacaqsa (məsələn, ailə/qrup halında), hər bir ərizəçi üçün ayrıca görüş təyin edilməlidir. Eyni zamanda, bir şəxsin 2 və ya daha çox sənəd təqdim edəcəyi təqdirdə hər bir sənəd üçün ayrı növbə götürülməlidir.

Arxiv üzrə axtarış